AZƏRBAYCAN » İDMAN
30 İyul 2021, 09:23 (GMT +4)

Konfrans Liqası: "Qarabağ" mərhələ adlayıb, "Sumqayıt" fürsəti əldən verib və "Keşlə" uduzub

Bakı, 30 iyul, SalamNews, R.Nadirli. Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

SalamNews xəbər verir ki, təmsilçilərimizdən "Qarabağ" ilk oyunda evdə 0:0 hesablı heç-heçə etdiyi "Aşdod"la (İsrail) bu dəfə səfərdə üz-üzə gəlib.

"Keşlə" "Soçi" ilə doğma meydanda qarşılaşıb. Komandalar arasında Rusiyada keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt" isə ilk oyunda Belqradda qolsuz bərabərliyə razılaşdığı "Çukariçki" (Serbiya) ilə evdə oynayıb.

UEFA Konfrans Liqası

"Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan)  0:1
Baş hakim: Novak Simoviç (Serbiya)
Aşdod. "Aşdod" stadionu.
İlk oyun - 0:0

"Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya)  2:4
Baş hakim: Viktor Şimusik (Belarus)
Bakı. "ASK Arena".
İlk oyun - 0:3

"Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya)  0:2
Baş hakim: Yorgen Burxardt (Danimarka)
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun - 0:0