AZƏRBAYCAN » SİYASƏT
30 İyul 2021, 09:00 (GMT +4)

MN: Ermənistanın ordumuza məxsus 2 PUA-nı vurması barədə məlumatı yalandır

Bakı, 30 iyul, SalamNews. "Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır".

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - deyə nazirlikdən qeyd edilib.