DÜNYA » SİYASƏT
29 İyul 2021, 09:49 (GMT +4)

Əfqanıstanın Nəngərhar əyalətində Talibanın hücumu nəticəsində səkkiz hərbçi həyatını itirib

Bakı, 29 iyul, SalamNews, B.Samid. Taliban hərəkatının silahlıları Pakistanla sərhəddə yerləşən Nəngərharda yenidən hücuma keçiblər. Azı səkkiz hərbçi həyatını itirib.

SalamNews bu barədə Əfqanıstan mətbuatına istinadla xəbər verir.

KİV-lər yerli hərbi mənbələrə istinadla bildiriblər ki, Taliban silahlıları Nəngərharın Kəzbahar bölgəsində posta hücum ediblər.

Burada azı səkkiz hərbçi həyatını itirib və bir neçəsi yaralanıb.

Bu arada Əfqanıstan KİV-ləri bildirib ki, ötən gün qarşıdurmalar ölkənin azı 20 əyalətində baş verib. Bundan öncə Taliban Qurban bayramı ərəfəsində hücumlarını dayandırdığını bildirmişdi.

Xatırladaq ki, əcnəbi qüvvələrin Əfqanıstandan çıxması fonunda hərəkat yüzdən çox rayon mərkəzini nəzarətə götürüb.