AZƏRBAYCAN » CƏMİYYƏT
29 İyul 2021, 09:30 (GMT +4)

Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

Bakı, 29 iyul, SalamNews. Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən onmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 02:55-də söndürülüb.

Bu barədə SalamNews-a FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.