DÜNYA » SİYASƏT
29 İyul 2021, 10:00 (GMT +4)

Trampın kürəkəni siyasətdən ayrılır

Bakı, 29 iyul, SalamNews. ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnner siyasətdən ayrılaraq yaratdığı investisiya şirkətinin işləri ilə məşğul olacaq.

SalamNews xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

"Affinity Partners"in baş ofisi Kuşner və həyat yoldaşı İvanka Trampın yaşadığı Mayamidə olacaq.

Qəzetin yazdığına görə, firmanın əsas filiallarından biri İsraildə fəaliyyət göstərəcək.