DÜNYA » SİYASƏT
28 İyul 2021, 16:45 (GMT +4)

KİV: "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb

Bakı, 28 iyul, SalamNews. "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb, "Fortuna" borudöşəyən gəmisi son hissədə işləri davam etdirir.

SalamNews xəbər verir ki, bu barədə "Nord Stream 2 AG" şirkəti məlumat yayıb.

Həmçinin "Akademik Çerski" gəmisi də planlaşdırılmış işləri tam başa çatdırıb.

"Boru xəttini çəkən "Akademik Çerski" gəmisi, "Şimal axını 2" qaz boru kəməri üçün əvvəlcədən planlaşdırılan iş həcmini tamamlayıb. Belə ki, indiyə qədər qaz kəməri tikintisinin 99 faizi tamamlanıb. Borudöşəmə gəmisi "Fortuna" layihənin son hissəsində işini davam etdirir", şirkət məlumatında deyilir.