DÜNYA » İDMAN
28 İyul 2021, 15:27 (GMT +4)

Tokio-2020: Tennis yarışlarında 1/4 final cütləri müəyyənləşib

Bakı, 28 iyul, SalamNews, R.Nadirli. Tokio-2020-də tennis yarışları davam edir.

SalamNews xəbər verir ki, kişilərin mübarizəsində 1/8 final mərhələsinə yekun vurulub. Dünya reytinqinin bir nömrəsi, "Böyük dəbilqə" seriyalı turnirlərin 20 qat qalibi Novak Cokoviç Alexandro Davidoviç-Fokina ilə qarşılaşıb. O, ispan rəqibinə cəmi 4 qeym verib və 2:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Mərhələ adlayanlar sırasında Aleksandr Zverev və Daniil Medvedev də var. "Rolan Qarros"un son finalçısı, dünya 4 nömrəsi Stefanos Sitsipas isə Uqo Emberə uduzaraq mübarizəni dayandırıb.

Novak Cokoviç (Serbiya) - Alexandro Davidoviç-Fokina (İspaniya) - 2:0 (6:3,6:1)

Pablo Karreno-Busta (İspaniya) - Dominik Kepfer (Almaniya) - 2:0 (7:6, 6:3)

Daniil Medvedev (Rusiya) - Fabio Fonini (İtaliya) - 2:1 (6:2, 3:6, 6:2)

Uqo Ember (Fransa) - Stefanos Sisipas (Yunanıstan) - 2:1 (2:6, 7:6, 6:2)

Karen Xaçanov (Rusiya) - Dieqo Şvartsman (Argentina) - 2:1 (6:1, 2:6, 6:1)

Aleksandr Zverev (Almaniya) - Nikoloz Basilaşvili (Gürcüstan) - 2:0 (6:4, 7:6)

Kei Nisikori (Yaponiya) - İlya İvaşko (Belarus) - 2:0 (7:6, 6:0)

Jeremi Şardi (Fransa) - Liam Broudi (Böyük Britaniya) - 2:1 (7:6, 4:6, 6:1)

1/4 final cütləri belədi:

Novak Cokoviç (Serbiya) - Kei Nisikori (Yaponiya)

Aleksandr Zverev (Almaniya) - Jeremi Şardi (Fransa)

Karen Xaçanov (Rusiya) - Uqo Ember (Fransa)

Pablo Karreno-Busta (İspaniya) - Daniil Medvedev (Rusiya)