![]() |
DÜNYA » HADİSƏLƏR |
![]() Kolumbiyada təlim təyyarəsi qəzaya uğrayıb Bakı, 28 iyul, SalamNews. Kolumbiyanın qərbində polisə məxsus "Cessna" təlim təyyarəsi qəzaya uğrayıb. SalamNews yerli KİV -ə istinadən xəbər verir ki, qəza nəticəsində təlimçi ölüb. Təlim alan şəxs yaralanaraq xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, qəza uçuş zamanı baş verib. Sağ qalan şəxsə orta dərəcəli kəllə-beyin travması diaqnozu qoyulub. Polis və təcili yardım xidmətləri hadisə yerinə cəlb edilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Təyyarə Çoko departamentinin Aviasiya Polis Məktəbinə məxsus olub. |