DÜNYA » SİYASƏT
27 İyul 2021, 17:42 (GMT +4)

Rusiya Əfqanıstanla sərhədə min nəfərdən ibarət hərbi qüvvə göndərir

Bakı, 27 iyul, SalamNews, B.Samid. Rusiya Tacikistanın, Özbəkistan və Əfqanıstanın sərhədi zolağında hərbi təlimlərin keçirilməsi məqsədilə bölgəyə min hərbçi göndərir.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mənbələri məlumat veriblər.

Bildirilib ki, Rusiya iki ölkənin Əfqanıstanla sərhəd zolağında keçiriləcək hərbi təlimlərə qatılmaq məqsədilə buraya min nəfərdən ibarət hərbi qüvvə göndərir.

Sözügedən hərbi təlimlər gələn ayın 5-dən 10-dək Tacikistan-Əfqanıstan sərhədində keçiriləcək.

Qeyd edək ki, Talibanın ölkənin şimalında irəliləməsi və sərhəd bölgələrinin çoxunu nəzarətə götürməsindən sonra Tacikistan da sərhədə əlavə 20 min hərbi qüvvə cəlb edib.

Taliban iddia edir ki, Əfqanıstan və Tacikistanla sərhədin 90 faizini nəzarətə götürüb.