AZƏRBAYCAN » HADİSƏLƏR
27 İyul 2021, 16:26 (GMT +4)

Ağdaşda COVID-19 pasportu olmayan qonaqlar saraya buraxılmayıb

Bakı, 27 iyul, SalamNews. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan SalamNews-a verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin COVID-19 pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.