DÜNYA » HADİSƏLƏR
27 İyul 2021, 15:28 (GMT +4)

KİV: Almaniyanın qərbində güclü partlayış baş verib

Bakı, 27 iyul, SalamNews. Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin cənubundakı Leverkuzen şəhərində güclü partlayış baş verib.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə "Rheinische Post" məlumat yayıb.

Məlumata görə, partlayış yerli vaxtla 9:30 radələrində baş verib. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib. Hadisə araşdırılır.

"FOCUS Online" nəşrinin məlumatına görə, partlayışın Almaniyanın "Bayer "kimyəvi və əczaçılıq şirkətinin müəssisələrindən birində baş verdiyi ehtimal edilir.