AZƏRBAYCAN » SİYASƏT
27 İyul 2021, 14:55 (GMT +4)

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

Bakı, 27 iyul, SalamNews. İyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə SalamNews-a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.