DÜNYA » SİYASƏT
27 İyul 2021, 10:58 (GMT +4)

İranın Parlament sədrinin başçılıq etdiyi nümayəndə heyəti Suriyaya gedir

Bakı, 27 iyul, SalamNews, B.Samid. İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqə gedir.

SalamNews bu barədə İRNA-a istinadla məlumat verir.

Bildirilib ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Suriyaya yola düşəcək.

Səfərdən məqsəd iki ölkənin ticarət mübadiləsini artırmaq məqsədilə görüşlər keçirməkdir.

İran Parlamentinin sədri bu səfərdə Suriyanın prezidenti Bəşər Əsədlə də görüşəcək.