QAFQAZ » CƏMİYYƏT
26 İyul 2021, 16:24 (GMT +4)

Gürcüstanda son sutkada 26 nəfər koronavirusdan ölüb

Bakı, 26 iyul, SalamNews. Gürcüstanda son sutkada 1264 yeni koronavirusa yoluxma qeydə alınıb, 26 nəfər ölüb.

SalamNews-un yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 404.023-ə, ölənlərin sayı 5.714-ə çatıb.

Son sutkada 1665 nəfər olmaqla ümumilikdə 374753 nəfər sağalıb.