DÜNYA » HADİSƏLƏR
26 İyul 2021, 12:17 (GMT +4)

Xorvatiyada ağır yol qəzasında 10 nəfər ölüb

Bakı, 26 iyul, SalamNews. Xorvatiyanın şimal-şərqində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Villi Beroş açıqlama verib.

"Slavonski Brod qəsəbəsi yaxınlığında baş verən avtomobil qəzasında on nəfər ölüb, 44 vətəndaşın tibbi yardıma ehtiyacı olub. Onlar arasında kiçik bir qız da daxil olmaqla 15 nəfərin vəziyyəti ağırdır", deyə Beroş vurğulayıb.

Bölgə polisinin verdiyi məlumata görə, qəzaya səbəb sürücünün yuxuya getməsi olub.

İlkin məlumatlara görə, onun sükan arxasında yuxuya getməsi səbəbindən avtobus magistral yoldan çıxaraq aşıb. Avtobusda 67 sərnişin olub.