AZƏRBAYCAN » İDMAN
25 İyul 2021, 10:00 (GMT +4)

Tokio-2020: Cavid Çələbiyev inamlı qələbə qazanıb

Bakı, 25 iyul, SalamNews, R.Nadirli. Daha bir boksçumuz Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

SalamNews xəbər verir ki, Cavid Çələbiyev 1/16 finalda Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Dünya çempionumuz bu dueldə qələbə qazanıb - 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28).

O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də Bakı vaxtı ilə 07:36-da başlayacaq.

Bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenso Sotomayor (69 kq) mübarizəni dayandırıb.