AZƏRBAYCAN » İDMAN
25 İyul 2021, 09:42 (GMT +4)

Tokio-2020: Cüdoçumuz Orxan Səfərov 1/16 finalı adlaya bilməyib

Bakı, 25 iyul, SalamNews, R.Nadirli. Tokio-2020 Yay Olimpiya Oyunlarının üçüncü gününə start verilib.

SalamNews xəbər verir ki, cüdo yarışlarında daha 2 çəki üzrə mübarizə başlayıb. Orxan Səfərov (66 kq) 1/16 finalda Qazaxıstan təmsilçisi Yerlan Serikjanovla qarşılaşıb. Əsas vaxtda tərəflər xal qazanmadığı üçün qarşılaşmanın qalibi qızıl xalla müəyyənləşib. İlk vazari xalına sahib çıxan qazaxıstanlı idmançı 1/8 finala yüksəlib. Orxan isə yarışla vidalaşıb.

Bundan öncə daha iki cüdoçumuz – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) Olimpiadada çıxışını başa vurub.