AZƏRBAYCAN » İDMAN
24 İyul 2021, 16:35 (GMT +4)

Tokio -2020: Boksçularımız Lorenso Sotomayorla Tayfur Əliyev mübarizəni dayandırıb

Bakı, 24 iyul, SalamNews, R.Nadirli. Tokio-2020-də iştirak edən boksçularımız mübarizəyə başlayıblar.

SalamNews xəbər verir ki, Məhəmməd Abdullayev (+91 kq) 1/16 finalda Denis Latıpovla (Bəhreyn) qarşılaşıb və 3:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Lorenso Sotomayor (69 kq.) 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə, Tayfur Əliyev (57 kq) isə Vyetnam idmançısı Nquyen Van Duonqa uduzub.

Azərbaycan Tokio-2020-yə 5 boksçu ilə qatılıb.