DÜNYA » CƏMİYYƏT
24 İyul 2021, 16:50 (GMT +4)

Türkiyədə COVID-19-a yoluxmaların artması fonuda ciddi tədbirlərin tətbiqinə çağırış edilib 

Bakı, 24 iyul, SalamNews. Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca, koronavirusa yoluxma  hallarının artması fonunda ölkə sakinlərini peyvəndlənməyə çağırıb.

SalamNews xəbər verir ki, nazir bu barədə "Twitter" sosial şəbəkəsində yazıb.

"Bu gün 11.094 yeni yoluxma (koronavirusa yoluxma) qeydə alınıb. Biz ciddi tədbirlərə geri dönməli və dərhal ilk peyvəndimizi vurdurmalıyıq", Koca yazıb.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi ötən gün 9.586 yeni yoluxma barədə məlumat yayıb.

Bu isə mayın 25-dən bəri ən yüksək gündəlik göstəricidir.