DÜNYA » HADİSƏLƏR
24 İyul 2021, 16:31 (GMT +4)

Filippinlərdə 13,2 min insan təxliyyə edilib

Bakı, 24 iyul, SalamNews. Manilanın şərqində yerləşən Marikina çayı yaxınlığında yaşayan azı 13,200 nəfər  Filippinlərdə güclü yağış nəticəsində suyun səviyyəsinin artması səbəbi ilə  evakuasiya edilib.

SalamNews xəbər verir ki, bu barədə risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şura məlumat yayıb.

Qurum sözçüsü Mark Keşin Timbalın verdiyi məlumata görə, sığınacağa ehtiyacı olan təxminən 3.077 ailə təxliyyə edilib. Çaya yaxın ərazilərdə yaşayan insanlar, Marikinada 28 mərkəzdə yerləşdirilib.

"Yerli hökumət <...> vəziyyəti izləyir və lazım gələrsə evakuasiya əməliyyatına başlaya bilərlər", deyə Timbala bildirib.