AZƏRBAYCAN » HADİSƏLƏR
24 İyul 2021, 10:33 (GMT +4)

Hacıqabul sakinindən "patı" aşkarlanıb

Bakı, 24 iyul, SalamNews. Hacıqabul sakinindən "patı" aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən SalamNews-a məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.