DÜNYA » HADİSƏLƏR
24 İyul 2021, 10:21 (GMT +4)

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Bakı, 24 iyul, SalamNewsFilippində 6.4 bal gücündə zəlzələ baş verib.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 237 min insanın yaşadığı Batanqas şəhərindən 31 km qərbdə yerləşib. Yeraltı təkanlar 173 km dərinlikdə qeydə alınıb.

Dağıntı və itki barədə məlumat verilməyib.