AZƏRBAYCAN » İDMAN
18 İyun 2021, 16:10 (GMT +4)

Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

Bakı, 18 iyun, SalamNews, R.Nadirli. İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

SalamNews xəbər verir ki, Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə 1/16 finalda Gürcüstan yığmasının erməni əsilli üzvü Arşak Yelizbaryanla üz-üzə gəlib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız hər üç raundda rəqibini üstələyərək qalib gəlib - 3:0. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.