DÜNYA » SİYASƏT
16 İyun 2021, 15:59 (GMT +4)

Cenevrədə Putin və Bayden arasında görüş başlayıb

Bakı, 16 iyun, SalamNews. Cenevrədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Co Bayden arasında görüş keçirilir.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, görüş Villa La Qranjda baş tutur.

Məhdud və geniş formatda danışıqlar üçün təxminən beş saat vaxt ayrılır.

Rusiya dövləti başçısının yekun mətbuat konfransının Bakı vaxtı ilə 20:00-a təyin olunub.

Bu, Vladimir Putin və Donald Tramp arasında 2018-ci ilin iyul ayında baş tutan Helsinki görüşündən sonra ilk Rusiya-Amerika sammitidir.