DÜNYA » İDMAN
18 May 2021, 16:01 (GMT +4)

“Çelsi”də ilin ən yaxşı futbolçusu bəlli olub

Bakı,18 may, SalamNews, R.Nadirli. İngiltərənin “Çelsi” klubunda ilin ən yaxşı futbolçusu məlum olub.

SalamNews xəbər verir ki, Meyson Maunt ötən ilin ən yaxşısı elan olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Meyson bu mövsüm bütün turnirlər daxil olmaqla, 51 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.