MDB ÖLKƏLƏRİ » SİYASƏT
15 May 2021, 13:40 (GMT +4)

KİV: Lukaşenko bir il ərzində üçüncü dəfə Rusiyaya səfər edəcək

Bakı, 15 may, SalamNews. Belarusiya Prezidenti Aleksandr Lukaşenko, Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün bir il ərzində Rusiyaya üçüncü səfərini planlaşdırır.

Bu barədə "Kommersant" qəzeti Minsk və Moskvadakı məlumatlı mənbələrə istinadən xəbər verir.

SalamNews xəbər verir ki, Kremlə yaxın mənbənin verdiyi məlumata görə, danışıqlar mayın sonuna qədər təşkil edilməlidir, amma spekulyasiyaların qarşısını almaq üçün dəqiq tarix açıqlanmayıb.

Prezidentlərin görüşünün Rusiyanın hansı şəhərində təşkil ediləcəyi dəqiqləşdirilməyib.