AZƏRBAYCAN » CƏMİYYƏT
06 May 2021, 17:45 (GMT +4)

TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb

Bakı, 6 may, SalamNews. "Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb".

Bunu SalamNews-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ölkədə Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bununla bağlı məlumat verilib: "Əgər yeni ştamm qeydə alınarsa bununla bağlı açıqlama veriləcək".