DÜNYA » HADİSƏLƏR
04 May 2021, 11:15 (GMT +4)

Sel daşqınları İranda altı, Əfqanıstanda isə 14 nəfərin həyatına son qoyub

Bakı, 4 may, SalamNews, B.Samid. Sel daşqınları İranın Kerman əyalətində altı nəfərin, Əfqanıstanın Hərat əyalətində isə azı 14 nəfərin həyatına son qoyub.

SalamNews İSNA-a istinadla xəbər verir ki, Kerman əyalətinin Qolbaf bölgəsində İşıq idarəsinin işçiləri ərazidə təmir işləri apararkən sel daşqınları nəticəsində həyatını itiriblər.

Bölgəyə helikopter göndərilib və cənazələr tapılıb.

Eləcə də İranla sərhəddə yerləşən Əfqanıstanın Hərat əyalətinin Ədrəskən rayonunda sel daşqınları bir kənddə 14 nəfərin ölümünə səbəb olub.

Sel daşqıları bu əyalətdə ciddi maddi ziyanlara səbəb olub.