AZƏRBAYCAN » CƏMİYYƏT
01 May 2021, 12:35 (GMT +4)

Səfər Mehdiyev: “107 kiloqramdan artıq heroinin ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb”

Bakı, 1 may, SalamNews. Külli miqdarda narkotik vasitənin ölkədən çıxarılmasının qarşısı alınıb.

SalamNews xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində 107 kiloqramdan artıq narkotik vasitə olan heroinin qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.