DÜNYA » SİYASƏT
17 Aprel 2021, 13:22 (GMT +4)

Husilər BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı bəyanatını tənqid ediblər

Bakı, 17 aprel, SalamNews, B.Samid. “Təhlükəsizlik Şurası Yəməndə yaradılmış aclıqda şərikdir.”

SalamNews xəbər verir ki, bunu “Yəmənin Ali Siyasi Şurası”nın üzvü Məhəmməd Əli əl-Husi rəsmi tvitter səhifəsində yazıb.

O, BMT Təhlükəsizlik Şurasının Yəmənlə bağlı ötən günkü bəyantını tənqid edib və bu bəyanatın Yəmənin mühasirədə saxlanılması məsələsini nəzərə almadığını bildirib.

M.Ə.əl-Husi bildirib ki, TŞ-nın bəyanatında ikili standartlı davranış var və ədalət meyarları riayət edilməyib.

Qeyd edək ki, BMT TŞ ötən gün Səudiyyə Ərəbistanın Yəmənlə bağlı təşəbbüsünü alqışladığını bəyan edib. Yəmənin 13 əyalətini və paytaxt Sənanı nəzarətdə saxlayan “Yəmənin Milli Qurtuluş Hökuməti” ölkənin Səudiyyə Ərəbistanı koalisiyası tərəfindən mühasirədə saxlanılması, qida və yanacaqların idxalının qarşısının alınması məsələsinin bu bəyanatda yer almadığını bildirib.