DÜNYA » CƏMİYYƏT
17 Aprel 2021, 13:57 (GMT +4)

Ukraynada son sutkada 14 mindən çox COVID-19-a yoluxma aşkar edilib

Bakı, 17 aprel, SalamNews. Ukraynada son sutkada 14 984 koronavirusa yoluxma hadisəsi aşkar edilib.

SalamNews RT-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov məlumat yayıb.

"17 aprel tarixinə Ukraynada 14.984 COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Əsasən 606 uşaq və 276 səhiyyə işçisi xəstələnib", o Facebook-da yazıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə pandemiya dövründə 1.936.228 nəfər koronavirus xəstəliyinə yoluxub, 39.536 nəfər ölüb, 1.475.556 nəfər sağalıb.