AZƏRBAYCAN » HADİSƏLƏR
16 Aprel 2021, 17:24 (GMT +4)

Xaçmazda evdən 6 min manatlıq oğurluq olub

Bakı, 16 aprel, SalamNews. Xaçmazda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SalamNews-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki evlərin birindən 4500 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini A.Məmmədov saxlanılıb.