DÜNYA » SİYASƏT
15 Aprel 2021, 16:17 (GMT +4)

Bağdadın şərqində şiddətli partlayış törədilib, ölən və yaralananlar var (VİDEO)

Bakı, 15 aprel, SalamNews, B.Samid. Bağdadın Sədr rayonunda şiddətli partlayış törədilib. Ölən və yaralananlar var.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki bu barədə hərbi mənbələr məlumat yayıblar.

Bildirilib ki, Bağdadın Sədr rayonunun əl-Həbibiyyə kvartalında minalanmış maşının partladılması nəticəsində azı 4 nəfər həyatını itirib.

Əlavə edilib ki, bu partlayışda 17 nəfər yaralanıb ki, onların bəzinin vəziyyəti ağırdır.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.