DÜNYA » SİYASƏT
14 Aprel 2021, 17:22 (GMT +4)

Finlandiya, Rusiya və ABŞ liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu açıqlayıb

Bakı, 14 aprel, SalamNews. Finlandiya, potensial olaraq Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Co Bayden arasında görüşə ev sahibliyi edə bilər.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Ninistönün ofisi məlumat yayıb.

"Finlandiya hər zaman səmimi diplomatik xidmətlərini təklif edib. Bu potensial görüşə gəlincə, onu təşkil etməyə hazır olduğumuz hər iki tərəfin diqqətinə çatdırılıb", məlumatda deyilir.

Ofis, təklifin Finlandiya və Rusiya liderləri arasındakı söhbət əsnasında deyil, bir müddət əvvəl edildiyini qeyd edib.

ABŞ administrasiyası rəhbərinin mətbuat xidmətindən verilən məlumata görə, Bayden Putinlə danışıqlar zamanı üçüncü bir ölkə ərazisində Rusiya-Amerika sammitinin keçirilməsi təklifini irəli sürüb.