DÜNYA » SİYASƏT
14 Aprel 2021, 17:03 (GMT +4)

Kürdüstan muxtariyyəti, ərazisində İsrailə məxsus mərkəzin hücuma məruz qalması xəbərini təkzib edib

Bakı, 14 aprel, SalamNews, B.Samid. Kürdüstan regional hökuməti ərazisində Mossad-a məxsus mərkəzin hədəfə alınması ilə bağlı xəbərləri təkzib edib.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə Regional hökumətin sözçüsü Cutyar Adil açıqlama verib.

O bildirib ki, muxtariyyətin ərazisində İsrailə məxsus hər hansı bir mərkəzin hücuma məruz qalması və burada ölüm hallarının olması əsassız və yalandır.

O əlavə edib ki, muxtariyyət ərazisində İsrail Kəşfiyytatına məxsus obyekt yoxdur.

Bundan öncə İraq və İran KİV-ləri Kürdüstan Muxtariyyətində Mossad-a məxsus mərkəzə hücum edildiyi və burada azı bir nəfərin öldüyü və 9 nəfərin yaralandığını iddia etmişdilər.