RUSİYA » SİYASƏT
14 Aprel 2021, 13:12 (GMT +4)

Rusiya XİN Putin və Bayden arasında görüşə hazırlıq məsələsini şərh edib 

Bakı, 14 aprel, SalamNews. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya və ABŞ liderləri Vladimir Putin ilə Co Bayden arasında görüşə hazırlıqları şərh edib.

“Bildiyiniz kimi bu, prezident administrasiyasının səlahiyyətindədir. Şübhəsiz ki, işin bizə düşən hissəsini edirik”, Zaxarova bildirib. 

SalamNews xəbər verir ki, bundan əvvəl Ağ Evin sözçüsü Jen Psaki Putin və Baydenin yayda görüşə biləcəyini istisna etməyib.

13 aprel tarixində ABŞ və Rusiya liderləri arasında telefon danışığı olub. Danışıqlar zamanı Rusiya-Amerika münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib.