DÜNYA » SİYASƏT
13 Aprel 2021, 16:25 (GMT +4)

Yaponiya baş naziri ABŞ-a səfər edəcək

Bakı, 13 aprel, SalamNews. Yaponiyanın Baş naziri Yosihide Suqa, 15-18 aprel tarixlərində ABŞ-a səfər edəcək. Aprelin 16-da Suqa Vaşinqtonda prezident Co Baydenlə danışıqlar aparacaq.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Tokioda Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato elan edib.

"Baş nazir Suqa, Prezident Baydenlə şəxsən görüşən ilk xarici lider olacaq", o qeyd edib.

Suqa Vaşinqton səfərindən əvvəl koronavirusa qarşı peyvənd vurdurub.