QAFQAZ » SİYASƏT
13 Aprel 2021, 15:53 (GMT +4)

Gürcüstan NATO-ya üzvlük prosesini sürətləndirməyə çağırır

Bakı, 13 aprel, SalamNews. NATO-nu Gürcüstan və Ukraynanı İttifaqa qəbul prosesini sürətləndirməyə çağırırıq. 

SalamNews yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze qanunverici orqanın plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan NATO-nun Qara dəniz bölgəsində daha fəal iştirakının tərəfdarıdır, bu sülh, təhlükəsizlik və sabitliyin zəmanəti olacaq.

Komitə sədri beynəlxalq ictimaiyyəti Gürcüstan və Ukraynanın suverenliyini fəal şəkildə dəstəkləməyə çağırıb.