QAFQAZ » CƏMİYYƏT
13 Aprel 2021, 14:28 (GMT +4)

Gürcüstanda koronavirusa yoluxmada artım qeydə alınıb

Bakı, 13 aprel, SalamNews. Gürcüstanda son 24 saat ərzində daha 1374 nəfərə koronavirus diaqnozu qoyulub, 422 nəfər müalicə alaraq sağalıb, 11 xəstə ölüb.

SalamNews yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Hazırda qonşu ölkədə COVID-19-a yoluxanların sayı 290.129-a çatıb, onlardan 278.251 nəfəri sağalıb, 3.894 nəfər ölüb.

Son 24 saat ərzində 37524 test keçirilib.

Ötən gün gündəlik yoluxma 359 idi.