AZƏRBAYCAN » CƏMİYYƏT
13 Aprel 2021, 17:11 (GMT +4)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

Bakı, 13 aprel, SalamNews. Son üç il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 686 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.

SalamNews xəbər verir ki, bu barədə nazirliyin üç illik fəaliyyətinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayında ötən illərlə müqayisədə azalma olub. Belə ki, keçən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayı 446 nəfər təşkil edib. Bu göstərici 2019-cu il üçün 556, 2018-ci il üzrə isə 684 olub.

Bundan başqa, üç il üçün 88 hal üçün iş Baş prokurorluğa təqdim olunub. Onlardan 56-sı keçən il, 28-i 2019-cu il, 4-ü isə 2018-ci il üçün qeydə alınıb.