DÜNYA » SİYASƏT
12 Aprel 2021, 14:57 (GMT +4)

Sergey Lavrov Yaxın Şərqə səfəri çərçivəsində Misir prezidenti ilə görüşüb

Bakı, 12 aprel, SalamNews, B.Samid. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqə səfəri çərçivəsində Misirdə olub və bu ölkənin prezidenti Əbdülfəttah Sisi ilə görüşüb.

SalamNews RT-ə istinadla xəbər verir ki, Sergey Lavrov bu gün Qahirədə Əbdülfəttah Sisi ilə görüşərək, qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.

Sergel Lavrov bundan öncə misirli həmkarı Samih Şükri ilə görüşmüşdü.

Rusiyanın xarici işlər naziri Yaxın Şərqə səfəri çərçivəsində sabah İrana gedəcək.

İran səfərində Tehranla Moskva arasında mühüm razılaşmanın imzalanacağı gözlənilir.