DÜNYA » SİYASƏT
10 Aprel 2021, 15:17 (GMT +4)

İraq baş naziri İŞİD-in ikinci adamının öldürüldüyünü bildirib

Bakı, 10 aprel, SalamNews, B.Samid. İraqın baş naziri Mustafa əl-Kazimi İŞİD terror təşkilatının ikinci adamının məhv edildiyini bildirib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraq baş naziri Mustafa əl-Kazimi bunu beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ölkə təhlükəsizlik qüvvələrinin terrora qarşı əməliyyatları və fədakarlığını alqışlayan baş nazir bildirib ki, bu səylər nəticəsində terror təşkilatının ikinci adamı da məhv edilib.

Baş nazir öldürülən İŞİD liderinin adını açıqlamayıb.

Qeyd edək ki, İraq ərazilərinin üçdə bir hissəsini 2014-cü ilin yayında nəzarətə götürən terror təşkilatı 2018-ci ilin əvvəlində nəzarətində olan bütün coğrafi əraziləri itirib və gizli sığınacaqlarına geri çəkilib.