DÜNYA » HADİSƏLƏR
10 Aprel 2021, 12:20 (GMT +4)

Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşüb, ölən və yaralananlar var

Bakı, 10 aprel, SalamNews. Türkiyənin Konya vilayətində turistləri daşıyan avtobus qəzaya düşüb.

SalamNews "Milliyet"ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 rusiyalı turist ölüb, 13-ü yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım və polis cəlb edilib.

Yaralılar Konyadakı xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb yolun buzlaşması olub.

Qeyd edək ki, avtobus İzmirdən Kapadokiyaya gedirdi.