AZƏRBAYCAN » CƏMİYYƏT
09 Aprel 2021, 13:20 (GMT +4)

İran səfiri Azərbaycan həbsxanaları barədə paylaşım edib

Bakı, 9 aprel, SalamNews. “Azərbaycan həbsxanalarında 200 İran vətəndaşı var”.

SalamNews xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi “Tvitter” səhifəsində yazıb.

“Ədliyyə diplomatiyası” haştaqı ilə paylaşım edən İran səfiri tvitində yazıb:

“İlin əvvəlindən bəri iki həbsxanada olarkən, həbsdə olan 200-ə yaxın vətəndaşımızdan 40-ı ilə görüşdüm. Onların əksəriyyəti səhlənkarlıq və ya aldatma ucbatından narkotik maddələri istifadə edənlərdir. Bütün məhbus həmvətənlərimlə görüşməyə çalışıram və səlahiyyətlilərlə sıx məsləhətləşərək onların köçürülməsini, əfvi və ya cəzalarının yüngülləşdirilməsini təşkil edirəm”.