QAFQAZ » SİYASƏT
07 Aprel 2021, 11:10 (GMT +4)

KİV: Moskva görüşündə Paşinyan Rusiyanın etimadını qazanmağa çalışacaq

Bakı, 7 aprel, SalamNews. Ermənistanın Baş naziri Nikol Paşinyan, 7 apreldə Prezident Vladimir Putinlə gözlənilən görüşdə Kremlin etimadını qazanmağa çalışacaq.

SalamNews xəbər verir ki, bu barədə "Zxovurd" qəzeti yazır.

Hökumət başçısının Moskvaya səfərindən əvvəl dərc edilən məqalədə, görüşdə Paşinyanın istefası tələbləri, 20 iyunda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri, iki ölkə arasındakı əməkdaşlıq, Qarabağdakı vəziyyətin müzakirə ediləcəyi vurğulanır.

Qeyd edək ki, bu Paşinyan Moskvaya işgüzar səfərə gedəcək. Putinlə keçiriləcək görüşdə Dağlıq Qarabağdakı vəziyyət və Rusiya-Ermənistan strateji tərəfdaşlığının inkişafı müzakirə ediləcək.