AZƏRBAYCAN » CƏMİYYƏT
06 Aprel 2021, 17:43 (GMT +4)

Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib

Bakı, 6 aprel, SalamNews. Şəmkir rayonunda qətl hadisəsi olub.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin mərhumun qohumu R.Tağıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. Ondan A.Alıyevadan götürdüyü 10 000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.