AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
10 Mart 2021, 17:35 (GMT +4)

Təhsil Nazirliyinin əməkdaşları intihar edən şagirdlərin ailəsinə baş çəkiblər

Bakı, 10 mart, SalamNews. Təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

SalamNews xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edək ki, intihar hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.