AZƏRBAYCAN » SİYASƏT
09 Mart 2021, 15:00 (GMT +4)

Azərbaycanda bəzi hərbçilərə nəqliyyat xərcləri ödənilməsi təklif olunur

Bakı, 9 mart, SalamNews. Azərbaycanda yaşayış yeri xidmət yerindən uzaq olan hərbçilər üçün nəqliyyat xərclərinin müəyyən edilməsi təklif olunur.

SalamNews-un xəbərinə görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nqəliyyat xərclərinin müəyyən edilməsi təklif olunub.