AZƏRBAYCAN » HADİSƏLƏR
08 Mart 2021, 14:45 (GMT +4)

Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıb

Bakı, 8 mart, SalamNews. Kürdə batan şəxsin meyiti tapılıb.

Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.