AZƏRBAYCAN » SİYASƏT
03 Mart 2021, 16:50 (GMT +4)

Zalkaliani: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı əməkdaşlıq bütün bölgə üçün əhəmiyyətlidir

Bakı, 3 mart, SalamNews. “Türkiyə ilə Gürcüstan arasında çox səmərəli münasibətlər mövcuddur. Onları daha da gücləndirəcəyik. İqtisadi, siyasi və mədəni sahələrdə dinamik əlaqələr mövcuddur".

SalamNews -un məlumatına görə, bunu Gürcüstan xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi ortaq mətbuat konfransında açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyə bütün beynəlxalq platformalarda Gürcüstanı dəstəkləyir. 

Zalkaliani buna görə Türkiyəyə minnətdarlığını bildirib.

“Strateji əməkdaşlığımızı gücləndirməliyik. Bölgədəki mövcud vəziyyəti müzakirə etdik və problemləri birlikdə həll edəcəyimizə əminik. Bu gün yeni formatlardan danışdıq. Bu formatlar ölkələrin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır. Üçtərəfli format - Azərbaycan, Türkiyə və Gürcüstan barədə də fikir mübadiləsi apardıq. Bizim Xəzər bölgəsində əməkdaşlığımız bütün bölgə üçün əhəmiyyətlidir", Zalkaliani qeyd edib.